AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şuşa mədəniyyətinin inciləri” layihəsinin ilk təqdimatı Xurşidbanu Natəvana həsr olunub - FOTO

  • + A
  • - A
  • 31-01-2022, 19:29

    “Şuşa mədəniyyətinin inciləri” layihəsinin ilk təqdimatı Xurşidbanu Natəvana həsr olunub - FOTO
    Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Layihə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə reallaşdırılır.

    Azadmedia.az xəbər verir ki, Layihənin “Şuşanın simaları” bölməsi üzrə ilk təqdimatı bu il 190 illiyi qeyd edilən tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvana həsr olunub.

    Xurşidbanu Natəvan 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi Şuşada dünyaya göz açıb.

    Xuşidbanu ilk təhsilini dövrünün alim və sənətkarlarından alıb. Doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənib, klassik poeziyanın incəliklərinə dərindən yiyələnib.

    Bədii yaradıcılığı XIX əsrin təxminən 50-ci illərindən başlayan Xan qızı əvvəl “Xurşid”, sonra isə “Natəvan” təxəllüsü ilə aşiqanə şeirlər qələmə alıb. Müəllifin Şuşanın əsrarəngiz təbiətindən ilhamlanaraq yazdığı bədii nümunələr hələ sağlığında dillər əzbəri olub. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərib.

    Yaradıcılıqla yanaşı, xeyriyyəçiliyi ilə də seçilən Natəvan bütün xərclərini öz üzərinə götürərək 1864-cü ildən Şuşanın bir qrup şairindən ibarət “Məclisi-üns” ədəbi məclisə rəhbərlik edib. O, həmçinin 1873-cü ildə Şuşaya içməli su kəməri çəkdirib. Şuşadakı Xan qızı bulağı tanınmış şairənin xeyir əməllərinin sübutlarından biridir.

    Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

    44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən sonra ermənilər tərəfindən xaricə satılarkən Azərbaycan dövlətinin ölkəmizə qaytardığı Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın güllələnənmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

    Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı 270 yaşlı Şuşa şəhəri dirçəlir. 28 illik işğal zamanı erməni vandalizminə məruz qalmış qədim şəhərimizdəki tarixi abidələrimiz bərpa olunur, Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində ötən il “Xan qızı” bulağı bərpa edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR