AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlara ŞAD XƏBƏR - Yeni güzəştlər ediləcək - VİDEO

  • + A
  • - A
  • 21-02-2022, 08:54

    Sahibkarlara ŞAD XƏBƏR - Yeni güzəştlər ediləcək - VİDEO

    Pandemiyadan sonra yaranan qlobal infilyasiya ölkəmizə də təsirsiz ötüşmədi. Qiymət artımı və infilyasiyanın təsirlərini aradan qaldırmaq üçün ölkəmizdə geniş sosial tədbirlər həyata keçirilir.

    Hökümət tərəfindən sahibkarlara yeni güzəştlər də tətbiq edilə bilər. Artıq bununla bağlı bir neçə məsələ müzakirəyə çıxarılıb.

    Ekspertlərin sözlərinə görə güzəştlərin tətbiq edilməsi istehsalı genişləndirməklə yanaşı, qiymətlərin də enməsinə töhfə verə bilər.

    İqtisadçı ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki qlobal miqyasda pandemiyadan sonra yaranan infilyasiya Azərbaycanın istehlak bazarına da təsir göstərib: "Biznes subyektlərinə müəyyən güzəştlər tətbiq etməklə istehsalı genişləndirmək mümkündür. Atılan addımlar infilyasiyanın yumşalmasına hesablanıb. Daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi yüksək idxal inflyasiyasının məhdudlaşırılması qiymət artımının qarşısını ala bilər".

    İqtisadçı ekspert əlavə edib ki, neqativ təsirləri aradan qaldırmaq üçün dövlət tərəfindən geniş sosial dəstək tədbirləri də həyata keçirilir.

    Qeyd edək ki, İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR