AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev ona ümid bəsləyənlərin ümidini doğrultdu

  • + A
  • - A
  • 21-02-2022, 10:31

    Prezident İlham Əliyev ona ümid bəsləyənlərin ümidini doğrultdu
    Sülh, əmin-amanlıq və daxili sabitlik şəraitində firavan bir dövlətdə yaşayırıq.

    Nail olduğumuz hər bir uğurun arxasında ağıl, iradə, əzm, mübarizə və nəhayət əsl şəxsiyyət var. Bunların hamısının tədbirli memarı var. Bu şəxsiyyət, məhz Prezident İlham Əliyevdir!
    Görməyi, dəyərləndirməyi, minnətdar olmağı bacarmalıyıq!
    Naşükürlük, qədirbilməzlik bizə qətiyyən yaraşmaz, belə etik olmayan cəhətləri millətimin heç bir nümayəndəsində görmək istəmərəm.

    2003-cü ilin artıq xeyli uzaqda qalmış payızını xatırlayıram. Prezident İlham Əliyev ona ümid bəsləyənlərin qarşısında belə bir nitq söyləmişdi.
    Qısa, ancaq tutumu çox geniş bir cümlə: “Mən Azərbaycan xalqına yaxşı Prezident olacağam”.
    Hakimiyyətdə olduğu 19 ilə yaxın müddətdə hər gününə bu vədini sübut etməklə başladı.
    Ləyaqətli yurddaşımız İlham Əliyev, Azərbaycan xalqına yaxşı Prezident olmağı bacardı!

    Xalqın, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən örnək götürdüyü dəyərli keyfiyyətlərdən biri də, qələbəyə köklənmək və bununla da istəməyəni, düşməni daha da sarsıtmaq, rəzil etməkdir.
    Azərbaycana düşmən qüvvələrinin xaricdən təzyiqləri, tovlayıb tora saldıqları, ələ aldıqları milli xainlər vasitəsilə ölkə içərisində nələrsə törətmə cəhdləri artıq tam zavala uğrayıb. Onların illərcə çəkdiyi zəhmət, sərf etdikləri milyonlar boşa gedib və heyrət içərisində Azərbaycan xalqında Prezident İlham Əliyevə olan məhəbbətin, ehtiramın görürlər, eynu zamanda, xalqla liderinin səmimi birliyinin gücü onları mat qoyur.
    Bu cür murdarlıqlara 1990-cı illərin əvvəllərində də şahid olmuşuq. AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu o qısa müddət ərzində, dövlətə mümkün olan bütün xəyanətləri etdilər. Bu cütlük sayəsində büdcəsi tamam boş, torpaqları işğal altında olan və yer üzündən silinmək təhlükəsiylə üzbəüz qalan Azərbaycan mövcüd idi o illərdə.

    1993-cü ildə isə, xalqın təkidilə hakimiyyətə gətirilən Ulu Öndər Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı.

    Hal-hazırda, Azərbaycan Prezidentinin apardığı müstəqil siyasəti heç bir vəchlə həzm edə bilməyən, cənab İlham Əliyevin şəxsiyyətinin qüdrəti qarşısında acizliklərini hiss edənlər, dünyanın ən üzüntülü iqtisadi böhranı şəraitində belə Azərbaycanın müvazinətini itirməməsindən, misli görünməmiş tərəqqiyə nail olmasından şoka düşənlər həqiqətən vahimə içərisindədirlər.

    Prezident İlham Əliyev unudulmaz Heydər Əliyevin oğludur və Ulu Öndərdən ona həm irsən, həm də şəxsi nümunə ilə nəsib olan ən ümdə keyfiyyətlərdən biri də elə dostluqdakı dəyanət, etibardır.
    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın dostluğu, qardaşlığı buna bariz nümunədir.

    Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsindəki qələbəsiylə, adını dünya hərb tarixinə əbədi olaraq həkk etdi. Ordumuz dünyanın ən güclü Ordular sırasında yer alır. Bütün dünyanı heyrətə gətirən Vətən müharibəsindəki o qısa müddətə, 44 gün ərzində qazanılan möhtəşəm qələbə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Prezident İlham Əliyev tərəfindən hər gün daha da güclənən Rəşadətli Ordumuz hesabına mümkün oldu. Bu gün, Azərbaycan Prezidenti uğurlu daxili və xarici siyasət yürüdür. Həmçinin bütün dünya dövlətləriylə dostluq münasibətlərimiz mövcuddur.

    Fikrimcə, Azərbaycanı daha uğurlu, parlaq gələcək gözləyir.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR