Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Heydər Əliyev Mərkəzində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi və "Masallı Rayon Gənclər Və İdman İdarəsi" nin birgə təşkilatçılığı ilə tanınmış Xocalı Soyqırımının 30 cu il dönümü ilə bağlı “Xocalı Bir Millətin Kədəri” sənədli filmi nümayiş olunub.
Belə ki, karantin rejiminin tələbləri gözlənilməklə Masallı rayon Heydər Əliyev mərkəzinin tədbir salonunda təşkil edilmiş film nümayişində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, "Masallı Rayon Gənclər Və İdman İdarəsi" nin, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri iştirak etmişlər.
Əvvəlcə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişinə başlamazdan əvvəl “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Metodisdi Tural Sadıqov qonaqları salamlayaraq çıxışında qeyd edib ki, emənistanın işğalçılıq siyasəti, Azərbaycan türklərinə qarşı terror aktları, ötən əsrdə törədilən bəşəri faciə olan Xocalı Soyqrımı şahidlərin dili ilə faktlar və sənədlərlə tamaşaçılara çatdırılır. Proqramın qonaqları qeyd ediblər ki, bu filmlə bir daha erməni vəhşiliyi, erməni vandalizmi və işğalçılığı dünyaya nümayiş olunur.
“Xocalı Bir Millətin Kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır. Çıxışdan sonra filmə baxış keçirilib.
Xatırladaq ki, film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.
Ülkər Piriyeva