Masallıda taekvondo idman növü üzrə rayon birinciliyi təşkil olunub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 18-19 fevral 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş, 2008-2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyinin keçirilib.
Əvvəlcə Vətən müharibəsi və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılışında Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov İdmançıları salamyaraq Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq, yarışın keçirilməsində əsas məqsədin Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutmaq, uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin rayonda idmanın kütləviliyinin təmin edilməsindən ibarət olduğunu bildirib.
10 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin mübarizə şəraitində davam edib. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və medallarla mükafatlandırılıblar.
Ülkər Piriyeva