AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: ”Moskva Bəyannaməsi Azərbaycan-Rusiya tərəfdaşlığını müttəfiqlik səviyyəsinə qaldıracaq“

  • + A
  • - A
  • 24-02-2022, 07:18

    Millət vəkili: ”Moskva Bəyannaməsi Azərbaycan-Rusiya tərəfdaşlığını müttəfiqlik səviyyəsinə qaldıracaq“
    Millət vəkili
    Məşhur Məmmədov



    “Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Moskva Bəyannaməsi iki ölkə arasında yüksək münasibətlərin təzahürüdür. Dövlət başçısının dediyi kimi, zamanın sınağından çıxan Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənməkdədir. Bu baxımdan, imzalanan Moskva Bəyannaməsi ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib.


    “Rusiya ilə Azərbaycan arasında davam edən əməkdaşlığın 30 illik tarixi var və bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Sənəddə həmçinin qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyin qorunması, müstəqilliyin qəbulu, daxili işlərə qarışmamaq və s. qeyd olunub”, - deyən Məşhur Məmmədov Moskva Bəyannaməsinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək olduğunu vurğulayıb: “Sənəddə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür və müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Belə ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır, hər iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacağı barədə öhdəlik götürür. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan diplomatik və siyasi səylərini artırır. Bu üçtərəfli bəyanatın və bundan sonrakı Moskva, Soçi, Brüssel görüşlərinin əsas formatı da məhz Ermənistanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində qurulub. Ancaq Ermənistan bu öhdəliklərə hələ də əməl etmir”.

    Bir sözlə, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Şuşa Bəyannaməsində olduğu kimi, Moskva bəyannaməsi də Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhlükəsizliyinə növbəti dəstək olduğunu deyən millət vəkili Məşhur Məmmədov əminliklə bildirib ki, bu bəyannamə Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcına çevrilməklə, Azərbaycan ilə Rusiya arasındakı tərəfdaşlığı qarşılıqlı müttəfiqlik səviyyəsinə qaldıracaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR