AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Vətənpərvərlik layihəsi çərçivəsində “Masallı mənzərələri” adlı etüd-sərgi təşkil edilib - ÖZƏL

  • + A
  • - A
  • 5-03-2022, 23:13

    Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Vətənpərvərlik layihəsi çərçivəsində “Masallı mənzərələri” adlı etüd-sərgi təşkil edilib - ÖZƏL

    YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və Masallı rayon millət vəkili Məşhur Məmmədovun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Vətənpərvərlik layihəsi çərçivəsində “Masallı mənzərələri” mövzusunda etüd-sərgi keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 05 mart 2022-ci il tarixdə rayon İcra hakimiyyətinin iclas zalında Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov 25 nəfərdən ibarət rəssam qrupunu qəbul edib.

    Belə ki, öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-kompleksi ziyarət edilərək, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

    Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

    Rayon rəhbəri gələn qonaqları salamlayaraq rayonda yaşayan insanların qonaqpərvərliyindən söhbət açıb, həmçinin Masallının zəngin təbiətə malik bir rayon olmasını qeyd edib.

    Azərbaycan Rəssamlar İttifaqının üzvləri — layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İsgəndərova çıxışlarında bildiriblər ki, “Masallı mənzərələri” əsərimizi hazırlamaqda məqsəd - “bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır”.


    Həyata keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının 25 üzvünün əsərləri nümayiş olunub.

    Eyni zamanda, 25 nəfərdən ibarət rəssam qrupu Masallı rayon millət vəkili Məşhur Məmmədova iki ədəd rəsm tablosunu hədiyyə ediblər. Təqdim olunan hədiyyələri millət vəkilinin köməkçisi Rəmzi Şahverdiyev qəbul edib. Həmçinin Rəssamlar millət vəkilinin etüd-sərgiyə verdiyi təşkilati dəstəyə görə təşəkkürlərini bildiriblər.
    Qeyd edək ki, Rəmzi Şahverdiyev millət vəkili Məşhur Məmmədovun nümayəndəsi olaraq tədbirdə və etüd-sərgidə iştirak edib.


    Bundan başqa, layihə rəhbəri Elnurə İsgəndərova bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Masallı etüdləri” və digər bölgələrimizdən-məhəbbətli Qarabağımızdan, Ağdamdan, Oğuzdan... olan “Vətənpərvərlik etüdləri” ilboyu davam edəcək və sonda YAP-ın Yasamal Rayon Təşkilatında sərgilənəcək.

    Sonra rəssamlar əsrarəngiz təbiət mənzərələrindən ilhamlanaraq bir-birindən gözəl, yaddaqalan, bənzərsiz rəsm əsərləri yaradıblar.

    Nəzərinizə çatdıraq ki, cənub bölgəsinin inkişaf edən və əsrarəngiz rayonlarından biri də Masallıdır. Masallı rayonu həm də geniş turizm potensialına malikdir. Masallı bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə sərhəddir. Rayon yeraltı və yerüstü sərvətləri ilə də olduqca zəngindir. Sadəcə, rayonun Ərkivan kəndində 37 bulaq var. Hər cür sosial infrastruktura, gözəl təbiətə malik olan Masallı gələn rəssam heyətini də özünə heyran qoyub.






















    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR