Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Ümummilli lider Heydər Əliyevin azərbaycanlı qadınlarına xüsusi diqqəti vardı. Ulu Öndərin ruhu qarşısında baş əyirik, məhz onun bu xüsusi diqqətindən sonra Azərbaycan qadını daha da inkişaf elədi, dünyaya tanındı.
Məhz Ulu Öndərin önəmli və vaxtında atdığı addımlar sayəsində Azərbaycan qadını özünün mərdliyi, müdrikliyi, cəsarəti, fədakarlığı, yüksək analıq keyfiyyəti, yüksək intelekti, savadı və bacarıqları ilə dünyaya örnək ola bildi.
Şübhəsiz və heç kəsə sirr deyil ki, Ümummilli Lider Heydər Əliyevin adıyla bağlıdır bütün sahələrdə gözəçarpan inkişaf və uğurlarımız. Ulu Öndər partiya yaradanda, təsadüfən onun adını Yeni Azərbaycan Partiyası qoymamışdır və təsadüfən partiyanın adına bu sözləri deməmişdir, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Ulu Öndər uzaqgörən siyasəti sayəsində çox yaxşı bilirdi ki, Azərbaycan onun rəhbərliyi altında sürətli inkişaf yolunu gedəcək, heç bir zaman əldə edilməyən uğurlar əldə edəcək.
Azərbaycan dövləti özünün bütün önəmli uğurlarını, inkişafını, dünyada tanınması və söz sahibi olmasını bu danılmaz faktdır ki, Yeni Azərbaycan Partiyasına borcludur.
Qısa, 10 illik fəaliyyəti dövründə 1993-cu ildən, 2003-cu ilə qədər o qədər böyük işlər gördü ki, Ulu Öndər Heydər Əliyev, hal-hazırda Azərbaycanın tarixində istənilən bir əlamətdar günü biz qeyd edəndə, həmin günün gözəçarpan inkişafı, önəmli uğurunun Ümummilli Lider Heydər Əliyevin adıyla bağlı olduğunu görürük.
Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.
2000-ci ildə Ulu Öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib.
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.
Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür.
Vətən müharibəsində, 44 günə başa gələn şanlı qələbəni bizə qazandıran igidlərimizi, kişi qeyrətli Azərbaycan qadınları dünyaya gətirmişdir. Bizə qələbəni yaşadan qəhrəmanlarımızın hər birinin qanında Azərbaycan qadının tərbiyəsi vardır.
Azərbaycan qadını dünyaya nümunədir, əsil örnəkdir.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19-20-də Bakıda və respublikanın digər şəhər və rayonlarında törədilən qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova fədakarlıq rəmzi oldular.
Bu gün, dövlətimiz tərəfindən qadınlarımıza xüsusi diqqət ayrılır və bu ölkəmizin inkişafı üçün çox önəmli məsələlərdən biridir.
Danılmaz faktdır ki, mən şəxsən hər hansısa əlamətdar günlə bağlı məqalələr yazanda, tarixə nəzər salıb asanlıqda görürəm ki, Ümummilli Lider Heydər Əliyev həmin günlə bağlı çox öməmli fərmanlar və sərəncamlar imzalamışdır.
Həqiqətən Azərbaycan deyəndə Ulu Öndər Heydər Əliyev yada düşür, Ulu Öndər Heydər Əliyev deyəndə Azərbaycan yada düşür.
Tərəddüd etmədən, sözün əsil mənasında Heydər Əliyevi Azərbaycanın qurucusu kimi hər yerdə təqdim etmək çox vicdanlı olardı. Dahi, tarixi şəxsiyyət Heydər Əliyevə nə qədər minnətdar olsaq, onun haqqında nə qədər xoş sözlər yazsaq, səsləndirsək də yenə də azdır və zəhmətinin qarşılığını heç zaman ödəyə bilməyəcəyik.
8 mart beynəlxaq qadınlar bayramı münasibətiylə bütün azərbaycanlı qadınlarımızı ürəkdən təbrik edirəm, ailə səadəti, sağlamlıq və xoşbəxtlik arzulayıram. Azərbaycan qadını adını uca tutduqları üçün, onların hər birinə sonsuz minnətdaram. Allah bizə çox müqəddəs olan Azərbaycan qadınlarını qorusun, Allah dövlətimizi qorusun.
Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini