ANTALYA GÖRÜŞÜ RUSİYA-UKRAYNA MÜNASİBƏTLƏRİNİ SÜLHƏ APARACAQ
Hər hansısa tərəfi tutmaq, müharibənin davam etməsinə zəmin yaradacaq. Bütün dünya dövlətləri ancaq və ancaq barışdırıcı mövqe nümayiş etdirməlidir və tərəfləri bir-birlərinə güzəştə getməyə səsləməlidirlər.
Bunu
Azadmedia.az-a açıqlamasında Mircalal Mehdiyev deyib.
Mircalal Mehdiyev-in sözlərinə görə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın təşəbbüsü ilə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakıyla keçirilən Antaliyadakı üçtərəfli görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovla və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasındakı baş tutan görüşə böyük ümidlər var. Antalya görüşü Rusiya-Ukrayna münasibətlərini sülhə aparacaq. Bu görüş olduqca əhəmiyyətli hesab edilməli və sülh üçün atılan ilk ən böyük addım kimi qiymətləndirilməli.
Sülhün əldə olunması üçün, bunu dünya statistikasıda göstərir ki, hər iki tərəfində güzəştə getməsi lazımdır. Bir tərəfin diktəsiylə sülhə nail olmaq real deyil.
Bu gün səssiz qalan və ancaq tərəf tutmaqla müharibənin davam etməsinə zəmin yaradan ölkələr Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın bu təşəbbüsündən nəticə çıxarsalar yaxşı olar.
Heçkəsə sirr deyil ki, dünyada sülh üçün öz töhvələrini hər zaman verən iki qardaş ölkə Azərbaycan-Türkiyə, bu müharibənində tezliklə sülhlə bitəcəyi üçün əlindən gələni əsirgəməyəcəklər.
Bu gün baş tutan görüşə ümidlər çoxdur, mütləq yaxşı nəticələr əldə olunacaq. Məhz Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın təşəbbüsü ilə, məhz Türkiyədə və xarici işlər naziri Mövlud Çavuşoğlununda iştirakıyla keçirilən bu görüşdə, çox böyük etimal ki, tərəflər müəyyən güzəştlərə gedərək, sülh üçün addım atacaqlar. Hələ bu görüşün nəticələri haqqında çox söz demək olmaz, görüşdən sonra baş verən hadisələr hər şeyi deyəcək.
Nəticəsindən asılı olmayaraq (Hərçənd böyük uğurlu nəticələr gözlənilir) Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın bütün dünya insanları tərəfindən müsbət qarşılanan bu təşəbbüsü, bütün dünya liderlərinə bir örnəkdir.
Ülkər Piriyeva