AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan bu dəfə özü-özünü dalana dirədi

  • + A
  • - A
  • 14-03-2022, 08:00

    Ermənistan bu dəfə özü-özünü dalana dirədi

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeni açılacaq dəhlizlə bağlı bir müddət öncə söylədiyi fikir belə idi: Ermənistan bunu istəsə də, istəməsə də bu baş tutacaq.

    Prezident İlham Əliyevin hər zaman işlətdiyi digər bir məhşur sözü isə belədir: Mən elə-belə söz demirəm.


    Açılacaq dəhliz artıq reallığa çevrildi. Cənab Prezident İlham Əliyevin bu günə qədər elə bir təşəbbüsü olmamışdır ki, həyata keçməsin, reallığa çevrilməsin.

    Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun faydalarını ən başlıca vətəndaşlar görəcək. Bu layihə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq.

    Tərəflər ərazilərində 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhtəsinə götürür. Digər xərclər isə ədalətli şəkildə bölüşdürülmüşdür.

    Yeni layihəyə Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq.

    Bu layihə Prezident İlham Əliyevin adıyla bağlıdır. Azərbaycan və İran İslam Respublikası arasındakı dostluq, bu layihənin gerçəkləşməsində mühüm rol oynadı. Şübhəsiz ki, heçkəsə sirr deyil ki, bu layihənin gerçəkləşməsinin arxasında birmənalı olaraq Prezident İlham Əliyevin mərd-mərdanə siyasəti dayanır. Yeni Azərbaycan Partiyası hakimiyyətdə olduğu 30 ilə yaxın müddətdə, hər zaman Azərbaycan dövləti İran İslam Respublikasıyla dostluq münasibətini qorumuş və möhkəmləndirmişdir.

    Təbii ki, sağlam, mərd-mərdanə siyasət yürüdən dövlət başçısıyla bütün dövlətlər dost olmaq, belə uğurlu, tarixi əhəmmiyyəti olan sənədlər imzalamaq istər. Bu layihənin həyata keçməsində ən çox qazanan vətəndaşlar olacaq, vətəndaşların yaşayış səviyyələri yüksələcək, maddi rifahları artacaqdır. Həmçinin İran İslam Respublikasında yaşayan milyonlarla Azərbaycanlı soydaşlarımızada faydalı olacaqdır, təsadüfi deyildir ki, orada yaşayan soydaşlarımızın qəlblərində Prezident İlham Əliyev uzun illərdir ki, taxt qormuşdur, sirr deyil ki, onlar böyük sevgi bəsləyirlər Cənab Prezident İlham Əliyevə.

    Cənab Prezident İlham Əliyev yeni Prezident seçilən zaman, ABŞ-a ilk səfəri zamanı, ABŞ-ın Prezidenti İran İslam Respublikasını bombalamaq üçün məhz Azərbaycan ərazisinin daha əlverişli olduğunu dilə gətirib, Cənab Prezidentdən bunun üçün icazə istəmişdir. Təbii ki, Cənab Prezident İlham Əliyevin buna cavabı birmənalı şəkildə yox olmuşdur, bu təklifi rədd edərək milyonlarla İranda yaşayan azərbaycanlıların həyatını xilas etmiş və eyni zamanda İran vətəndaşlarınında həyatını xilas etmişdir. ABŞ kimi nəhəng dövlətin təklifinə imtina cavabı vermək hər dövlətin, hər dövlət başçısının bacaracağı iş deyil. Bu imtinadan sonra biz bir çox çətinliklərlə üz-üzə qaldıq, Ermənistan-Azərbaycan münaqişəsinin ləngiməsində də bir çox hallarda bu təklifə rədd cavabı verməyimiz səbəb olmuşdur. Budur mərd-mərdanə siyasət və bu gün sürətli inkişafımızla, yüksələn yaşayış şərtləriylə, hər gün artan maddi rifahımızla, gözəlləşən ölkəmizlə və.s bir çox uğurlarımızla bunun faydasını görürük. Müzəffər Ali Baş Komandan hər zaman alternativ yolları hamıdan asan və tez görə bilir. Cənab Prezident İlham Əliyev heç bir dövlətə zərəri olmadan öz xalqının maraqlarıyla üst-üstə düşən siyasət həyata keçirir.

    Memorandum Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsidir. Bununla Azərbaycan öz planını reallaşdırdı. Buna müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan tərəfi yenidən uğurlu bir layihədən kənarda qaldı. Bu daha çox Ermənistan xalqının yaxşı yaşaması üçün onlara lazım idi. Görünən odur ki, Ermənistan rəhbərliyində oturanlar öz xalqına əzab verməkdən, onların maddi rifahını günü-gündən pisləşdirməkdən zövq alırlar. Ermənistan bu dəfə özü-özünü dalana dirədi, ona uzadılan kömək əllərindəndə imtina etdi, bundan sonrakı taleyi daha da acınacaqlı olacaqdır. Ermənistana dəhlizlə bağlı olunan təklif masa üzərində çox qalmadı, Ermənistan onun üçün yaranan möhtəşəm şansını itirdi, gələcək taleyi sual altındadır. Eyni zamanda fikrimcə çox gümanki, Ermənistan tərəfinə sülh üçün olunan təklifdə uzun müddət masa üzərində qalmayacaqdır.

    Mircalal Mehdiyev
    Lənkəran rayonu, Moğonojba kənd sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR