Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib:
"Dostum Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən səyləri barədə mənə məlumat verdi. Biz, Ukraynada sülhün bərqərar edilməsi üçün birgə addımlarımızın koordinasiyasının davam etdirilməsinə razılaşdıq. Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm" - D. Kuleba qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.