AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Viləş kəndi ərazisində səyyar-görüş qəbulunu keçirib - FOTO

  • + A
  • - A
  • 18-03-2022, 11:17

    Masallı rayonu İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Viləş kəndi ərazisində səyyar-görüş qəbulunu keçirib - FOTO

    Viləş kəndi ərazisində səyyar-görüş qəbulu təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 16 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Viləş kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirib.

    Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunub və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunub.

    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak edib.

    İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar-görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.

    Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Ağayev Allahverdi Ataş oğlu, Hacıyev Hüseyn Şahmurad oğlu, Məmmədova Aybəniz Eldar qızı, Binyətov Fəxrəddin Ağamoğlan oğlu, Abiyev İlqar Fazil oğlu, Hacıyev Elnur Əliyoldaş oğlu və başqaları məktəbə gedən yola asfalt vurulması, xəstə övladının müalicəsi üçün maddi köməkliyin göstərilməsi, qonşusu ilə mübahisəli paybəlli torpaq sahəsinin səddi ilə bağlı və s. məsələlər barədə müraciət ediblər.

    Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

    Qeyd edək ki, əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR