Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri Bu nöqteyi-nəzərdən, külək və günəş enerji mənbələrinin yaradılması çox mühümdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi alternativ mənbələr hesabına ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görür.
Birləşmiş Ərəb Əmirliyinin şirkətləri tərəfindən “Xızı-Abşeron Külək Enerji Stansiyası” və “Qaradağ Günəş Elektriktrik Stansiyası”nın qurulması istiqamətində görülən işlər bunun əyani təzahürüdür.
Bu layihələr ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Bərpa olunan enerji sektorunun inkişafı, eləcə də ölkənin enerji təhlükəsizliyini gücləndirmək iqtisadi-siyasətinin tərkib hissəsidir.
Bu cür layihələrin ölkəmizdə reallaşdırılması üçün həm kifayət qədər imkanlar, eyni zamanda investor marağı da vardır. Nəzərə alsaq ki, bütövlükdə enerji sahəsində ölkəmizə xarici şirkətlər tərəfindən milyardlarla dollar sərmayə qoyulub, bu bir daha bizə imkan verir ki, Azərbaycan nəinki regionda, eləcə də dünyada enerji sahəsində istədiyinə nail olmuşdur. Bu layihələr üzrə işlərin aparılması zamanı 700-dən artıq yeni iş yerləri yaradılması nəzərədə tutulub ki, bu sahə üzrə çalışmaq istəyən vətəndaşlarımızın işlə təmin olunmasına zəmin yaradacaqdır.
Sevindirici başqa bir məqam ondan ibarətdir ki, II Qarabağ müharibəsindən sonra, Azərbaycanın investisiya cəlbediciliyi daha da artmışdır. Bütün dünya artıq başa düşür ki, Azərbaycan Qarabağı bərpa edəcək və istər daxili, istərsə də xarici investorlar üçün ölkədə əlverişli şərait yaranmışdır ki, onlar öz layihələrini sərbəst həyata keçirə biləcəklər.
Beləliklə, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan ən müasir tələblərə uyğun olaraq həm ölkə daxili, həm regionda, həmçinin bütün dünya iqtisadiyyatına yaxından töhfə verir və növbəti illərdə də bu istiqamətdə uğurlu layihələri ilə qabaqcıl yerlərdə qərar tutacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.