Zelenskidən Rusiya ilə müharibəyə son qoymaq üçün “Referendum” təklifi - SON DƏQİQƏ
Ukrayna Prezidenti Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün razılaşdırılmış bütün güzəştlərin referendumda ukraynalıların səsinə qoyulmalı olduğunu bildirib və referenduma çıxarıla biləcək maddələri sadalayıb.
Azadmedia.az xəbər verir ki, Ukrayna mətbuatında dərc olunan müsahibəsində Ukrayna prezidenti Zelenski bəyan edib ki, Rusiya ilə müharibəyə son qoymaq üçün razılaşdırılmış bütün güzəştlər referendumda ukraynalıların səsinə qoyulmalıdır. Zelenski deyib ki, Krım da daxil olmaqla Rusiya qüvvələrinin işğal etdiyi ərazilər və ya NATO-ya üzvlük əvəzinə Ukraynaya təklif olunacaq təhlükəsizlik zəmanətləri referendumun mövzusu ola bilər.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR