AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ukraynalı qadınların zorlanmasına görə cavab verəcəklər”

  • + A
  • - A
  • 24-03-2022, 08:21

    “Ukraynalı qadınların zorlanmasına görə cavab verəcəklər”


    “Hər bir rus işğalçısı müharibə zamanı ukraynalı qadın və qızların zorlanmasına görə həyatda qalarsa ciddi şəkildə cavab verəcək”.

    Bu barədə Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko bildirib.

    Qeyd olunur ki, müharibə başlayandan bəri Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları rus hərbçilərinin mülki şəxslərə qarşı zorakılıq, o cümlədən cinsi xarakterli cinayətlər törətməsi barədə məlumatlar alır.

    Bundan başqa, bildirilir ki, işğal olunmuş ərazilərdə işğalçılar əhalini qorxu içində saxlayır, hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və həkimlərin tam işləməsinə imkan vermir, ona görə də heç də bütün mülki şəxslərin konkret cinayət barədə məlumat vermək imkanı yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR