Ukrayna təhlükəsizlik qarantı və neytral statusu müzakirə etməyə hazırdır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Təhlükəsizlik qarantı, neytrallıq, ölkəmizin nüvəsiz statusu... Biz buna getməyə hazırıq. Bu, ən başlıca maddədir. Xatırladığım qədərilə bu, Rusiya üçün prinsipial məsələ idi. Bildiyim qədəri ilə bunlardan dolayı müharibəni başlatmışdılar”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, imzalanacaq sənəd ciddi razılaşma olmaldır, növbəti Budapeşt memorandumu kimi kağız parçası deyil.
Zelenski, həmçinin onu da xatırladıb ki, neytral statusun qəbulu üçün referendum keçirilməli, Konstitusiya dəyişikliyi qəbul edilməlidir. Bunun üçünsə ən azı bir il vaxt lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.