AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

31 mart – Azərbaycanlıların Soyqırımı Günü

  • + A
  • - A
  • 30-03-2022, 12:24


    31 mart – Azərbaycanlıların Soyqırımı Günü
    Günlər var ki, sevincin böyüklüyü ilə, günlər də var fəlakət və qussənin əzəməti ilə unudulmazdır. 31 Mart Azərbaycan tarixində unudulmaz günlərdən biridir. Həmin günlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədiyyən həkk olunmuşdu.

    1918-ci il 30 mart 5 aprel tarixlərində Bakı şəhərində, Qubada, Şamaxıda, Xaçmazda, Lənkəranda, Qarabağda, Zəngəzurda faciələrlə yadda qalan azərbaycanlılar yaşayan məhəllələrdə uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Minlərlə dinc azərbaycanlı məhz milli mənsubiyyətinə görə məhf edilmişdir. Ermənilər evlərə od vurmuş insanları diri diri yandırmış,uşaqları yanan evin içinə atmış, körpələri süngüdən keçirmişlər. 3 gün ərzində 12 minə yaxın əhali qruplarının, etnosların irqi, milli, etnik, dini əlamətlərinə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir.

    Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Turkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirtmək və tarixi torpaqlarımız hesabına Böyük Ermənistan xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı soyqırımı cinayətləri həyata keçirmişlər.
    Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət verilməmişdir. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi –siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolgun və hərtərəfli siyasi qiymət olmuşdur.İlk dəfə olaraq Ulu Öndər H.Əliyev erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında mərhələlərlə törədilən soyqırımı və teror siyasətininin mahiyəti açılır. Ölkəmizin hansı tarixi ədalətsizliklərə üzləşdiyi yeni nəsillərə anladılır. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

    Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

    Bu gün Prezident Cənab İlham Əliyevin həyata keçirtdiyi məqsədyönlü diplomatiya təcavuzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid edir. 30 illik həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz , sentyabr ayının 27-dən başlayan

    “ Dəmir Yumruq” -44 günlük Vətən Müharibəsi Noyabr ayının 10- da Azərbaycan Ermənistan arasında bəyənatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu Erməni silahlı quvvələri Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. Beləliklə Azərbaycanda törədilən faciələrin qisası alındı.

    Aytən Şükürova – Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR