AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

  • + A
  • - A
  • 3-04-2022, 09:45

    Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

    Masallı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 01 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında vətəndaşların növbəti qəbulu keçirilib.

    Belə ki, növbəti qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynovun keçirdiyi qəbulda 11 nəfər vətəndaş — Ağayeva Səmayə Bəşir qızı, Əkbərov Nadir Fazil oğlu, Fərzəliyev Əlipənah Nadir oğlu, Bayramov Yusif Asif oğlu, Camalov Surac İfti oğlu, Həmidov Şəmsi Rayis oğlu, Gözəlova Səmayə İsmayıl qızı, Ələmov Adil Meyli oğlu, Mirzəyev İlkin Rasif oğlu, Əmənov Elşən Süleyman oğlu və Əliyeva Samirə Nurməmməd qızı iştirak etmiş, əsasən Ünvanlı Dövlət Sosial Yardımı, maddi kömək, subasma, bələdiyyə torpağı və həyətyanı torpaq sahəsi təyin edilməsi, ev problemi, iş ilə təminat, elektriklə, səhiyyə ilə bağlı müraciətlər ediblər.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olunmuş, digər məsələlər nəzarətə götürülüb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR