AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Güllütəpə kəndində Aprel Şəhidi Firdovsi Bağırzadənin ailəsi ziyarət olunub

  • + A
  • - A
  • 5-04-2022, 22:15

    Masallı rayonu Güllütəpə kəndində Aprel Şəhidi Firdovsi Bağırzadənin ailəsi ziyarət olunub

    Aprel Şəhidi Firdovsi Bağırzadənin ailəsi ziyarət olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Güllütəpə kəndində yaşayan Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin ailəsini ziyarət ediblər.

    Görüşdə Mərkəzin əməkdaşları şəhidin anası Sehranə xanımla söhbət apararaq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

    Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Firdovsi Bağırzadənin anası oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşlərindən danışıb.

    Sonda Mərkəzin əməkdaşları Firdovsi Bağırzadənin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb və onun ruhuna dualar oxuyublar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR