Noyabrayın 18-də YAP Ağcabədi rayon təşkilatı Ağcabədi rayonun Kəbirli kəndindən Yeni Azərbaycan Partiyasının üzvü, şəhid, müddətdən artıq hərbi qulluqçu Təhmasib Qarayevin qəbirüstü abidəsi önündə anımtədbiri keçirmişdir.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, kənd sakinləri Xudaverdi Hüseynov, Zahid Musayev və şəhidin atası Hikmət Qarayev çıxış etmişlər.
Tədbirdə Kəbirli kənd orta məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonra tədbir iştirakçıları şəhid Təhmasib Qarayevin xatirəsinə kəndin mərkəzində tikilmiş şəhid bulağını ziyarət etmiş, şəhidin şəkli önünə tər-çiçəklər düzmüşlər.
Ziyarət iştirakçıları şəhidin ailəsinədə baş çəkərək ailə üzvləri ilə də görüşmüşlər.
Çay süfrəsi arxasında söhbət zamanı Rövşən Əhmədov 44-günlük Zəfər Qələbəsinin Təhmasib və onun kimi qəhrəmanların hesabına əldə edildiyini vurğulamışdır.Şəhidin nənəsi Ağca Qarayeva şəhid nəvəsi Təhmasibin vətənini, xalqını sevən, torpaq uğrunda canından keçməyə həmişə hazır olan bir oğlan olduğunu qürurla qeyd etdi. Ağca nənə onu da əlavə etdiki, Təhmasib həmişə deyərdi ki, mən torpağımızı işğaldan azad etmək üçün son damla qanımadək vuruşacağam. Belədə oldu. O Cəbrayıl uğrunda döyüşdə qəhrəmanlıqla şəhid oldu. Ölümündən sonra “Kəlbəcərin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “İgidliyə görə”, və“Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Görüşün sonunda qonaqlar şəhidin ailə üzvləri ilə xatirə şəkli çəkdirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.