Mariupolda on minlərlə insan həlak olub. Ruslar buranı nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mariupol dağıdılır. On minlərlə ölü var. Amma buna baxmayaraq, ruslar hücum əməliyyatını dayandırmır. Onlar Mariupolu nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər”, - Zelenski bildirib.
Qeyd edək ki, şəhər martın 1-dən rus ordusu tərəfindən mühasirəyə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.