AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub

  • + A
  • - A
  • 16-04-2022, 15:01

    Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub



    Azadmedia.az
    - Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

    Aprelin 15-də Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev kollektivə təqdim edilib.
    Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

    2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR