AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Milli Məclisinin sədri Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

  • + A
  • - A
  • 19-04-2022, 14:09

    Azərbaycan Respublikası Milli Məclisinin sədri Tbilisidə Ulu   Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

    Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
    Milli Məclisin sədri ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Parlamentin sədrini deputatlar, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
    Milli Məclisin sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.
    Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR