Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində tədbiri keçirilib.
Azadmedia.az - 20 aprel 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində nazir Anar Kərimovun qazilərlə görüş tədbiri baş tutub.
Tədbirin açılış nitqini Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin katibi Məryəm Qafarzadə edib. O, çıxışı zamanı layihə ilə bağlı məlumat verərək, keçirilən tədbirlərin mahiyyətinin nə qədər önəmli olduğunu vurğulayıb.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək, qazilərlə fəxr etdiyini, Mədəniyyət Nazirliyi olaraq hər zaman onların arxasında olduğunu bildirib.
Daha sonra qazilər nazir tərəfindən fəxri-fərmanla mükafatlandırılıb.
Qeyd edək ki, tədbirin bədii hissəsində rəqs və musiqi nümunələri təqdim olunub.