Türkiyə Silahlı Qüvvələri Suryiyanın şimalında son sutka ərzində 50 PKK terrorçusunu zərərsizləşdirib.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ötən gün silahlı qruplaşmalar Türkiyə ordusunun "Fərat qalxanı" antiterror əməliyyat bölgəsinə hücum edib. Hücum nəticəsində bir türk hərbçi həlak olub.
Buna cavab olaraq Türkiyə hərbçilərinin başladığı genişmiqyaslı əməliyyatda 50 nəfər zərərsizləşdirilib.
Bölgədə antiterror əməliyyatları davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.