AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Speys”in yayımı 3 saatlıq dayandırılacaq

  • + A
  • - A
  • 27-04-2022, 18:24

    “Speys”in yayımı 3 saatlıq dayandırılacaq


    Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

    Bu barədə Şuradan bildirilib.

    İclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

    “Speys” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.

    Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08:00-dan 11:00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR