Masallıda Ramazan bayramı ərəfəsində fiziki məhdudiyyətli qadınların bir qismi ilə görüş keçirilib.
Azadmedia.az xəbər verir ki, məsul şəxslər Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Gənclər Evi SXM-nin və “Əlil Qadınlar Cəmiyyətinin” birgə təşkilatçılığı ilə rayon ərazisində fiziki məhdudiyyətli qadınlarla Ramazan bayramı münasibətilə görüşüb, qayğıları ilə maraqlanıb və onlara Ramazan sovqatları verilib.
Əlil qadınlarla görüşdə Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, şöbənin baş məsləhətçisi Nigar Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov və “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Əminə Abıyeva iştirak ediblər.
Ülkər Piriyeva