AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda aprel döyüşləri şəhidlərinin ailələri ziyarət olunub

  • + A
  • - A
  • 6-04-2022, 16:01

    Masallıda aprel döyüşləri şəhidlərinin ailələri ziyarət olunub

    Masallıda aprel döyüşləri şəhidlərinin ailələri ziyarət edilib.

    Azadmedia.az xəbər verir ki, 05 aprel 2022-ci il tarixdə Aprel döyüşləri şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadənin ailə üzvləri ziyarət olunub.

    Ailələri ziyarət edən Masallı rayon İcra Hakimiyyəti başçının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ailələrin vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib, şəhid ailələrinin daim dövlətin diqqətində olduğunu vurğulayıblar.

    Şəhid ailələri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR