VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ QAYĞI VƏ HƏSSASLIQ
Azadmedia.az - 4 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Qızılağac kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirib.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Fətullayev Vidadi Rüstəm oğlu, Əhmədov Sərxan Murad oğlu, Xankişiyev Tofiq Sabir oğlu, Abbasov Anar Fazil oğlu, Əsgərov Hikmət Hacağa oğlu, Nəsirov Amil Zəfər oğlu, Ələkbərov Elnur Nemət oğlu və başqaları çıxış edərək Kəndin içməli suyla təmin olunası, Qızılağac kənd 2 saylı tam orta məktəbin təmir olunması, Kəndin təsərrüfat suyu ilə təmin olunması, İcarə torpaq sahəsi ilə təmin olunması, İş ilə təmin olunması, Vətən müharibəsi veteranı statusu ala bilməməsi və s. məsələlər barədə müraciət ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb..
ƏLİHÜSEYN ŞÜKÜROV
Ülkər Piriyeva