Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı respublika elmi-praktiki konfransı keçirilib.
Əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Konfransda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin EGE Universitetinin bir qrup alimi, universitetin professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən olan məruzəçilər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan İbrahim Cəfərov iştirakçıları salamlayaraq, konfransın məqsədi, proqramı barədə qısa məlumat verib. Ulu öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs edib. Bu gün də bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən ölkəmizin bütün sahələrində, o cümlədən aqrar sahədə də uğurla davam etdirildiyini qeyd edib.
Sonra konfrans məruzəçilərin aqrar sahədə mövcud olan aktual problemlərə həsr olunan müxtəlif mövzular haqqında olan təqdimatları ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.