Azadmedia.az - Mayın 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı silsilə tədbirlərin davamı olaraq "Zamanın hökmünə müdaxilə edə bilən dahi" adlı mühazirə oxunub. Təşkil olunan tədbirdə Mərkəzin əməkdaşları və Yardımlı rayon Abasabad kənd orta məktəbinin şagirdləri iştirak edib.
Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Aqil Ağayev ulu öndərin mənalı ömür yolu haqqında ətraflı məlumat verib. A.Ağayev Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni bir dövr yaşadığını, o cümlədən məhz təməli Heydər Əliyev tərəfindən qoyulan qətiyyətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söz açıb.
Daha sonra Mərkəzin əməkdaşı Elşən Abışov adı qeyd olunan mühazirəni tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən slayd nümayiş olunduqdan sonra tədbir başa çatıb.