AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Qarabağın döyünən ürəyi" adlı dəyirmi masa keçirilib - FOTO

  • + A
  • - A
  • 13-02-2022, 11:54

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Qarabağın döyünən ürəyi" adlı dəyirmi masa keçirilib - FOTO

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Qarabağın döyünən ürəyi" adlı dəyirmi masa keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Fevralın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Şuşa İli" ilə əlaqədar "Qarabağın döyünən ürəyi" adlı tədbir təşkil olunub.
    Belə ki, Mərkəzin müvafiq Tədbirlər Planında nəzərdə tutulmuş müddəalara uyğun keçirilən tədbirdə müəssisənin kollektivi və S.N.Abıyev adına Köryədi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.



    Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edildiyini diqqətə çatdırıb. Z. Məmmədzadə çıxışında Şuşa şəhərinin 1992-ci il may ayının 8-də erməni qəsbkarları tərəfindən işğal olunması və 28 illik işğal müddətində mədəniyyət abidələrimizin düşmənlər tərəfindən dağıdılmasından bəhs edib. Z. Məmmədzadə həmçinin ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycanın gözü" adlandırılan bu tarixi şəhərin 44 günlük Vətən müharibəsinin nəticəsində düşmən tapdağından azad olunduğunu da qeyd edib.




    Sonra Mərkəzin əməkdaşı Elşən Abışov və adı qeyd olunan orta məktəbin müəllimi Elgün Ağamirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

    Qeyd edək ki, sonda "Şuşa" sənədli filmi nümayiş olunub və "Şuşa - 270!" adlı əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR