AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib - FOTO

  • + A
  • - A
  • 7-05-2022, 18:31

    Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib - FOTO

    Azadmedia.az - Mayın 6-da İ. Nağıyev adına Boradigah tam orta məktəbinin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekuskursiyası təşkil edilib.

    Mərkəzin bələdçisi tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat və fotoşəkillər haqqında ətraflı məlumat verilib.

    Ekskursiyadan sonra şagirdlər Mərkəzin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, çıxışlar ediblər.

    Daha sonra isə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri, onun siyasi fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş etdirilib.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR