AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqının əvəzolunmazı - Heydər Əlirza oğlu Əliyev! - ÖZƏL

  • + A
  • - A
  • 9-05-2022, 11:06

    Xalqının əvəzolunmazı - Heydər Əlirza oğlu Əliyev! - ÖZƏL

    Tarix yaradan şəxsiyyətlər tarixin hər anında xatırlanırlar. Dahi adını tam hakkı ilə qazanmış Ulu Öndər Heydər Əliyev zamanın hökmünü, axarını dəyişmık qabiliyyətinə malik idi. Müxtəlif zamanlarda Azərbaycana rəhbərlik edən bu şəxsiyyətin xalqımız qarşısındakı xidmətlərinin saysız-hesabsız və əvəzsiz olması hər birimizə məlumdur.

    Dediyi hər sözü, işlətdiyi hər kəliməsini əməli ilə işə çevirib xalqının maraqlarını üstün tutmaqla daima bu istiqamətdə çalışmışdır. Bütün mənalı ömür yolunu şərəflə, ləyaqətlə xalqına həsr edən Heydər Əliyevin bir amalı vardı. Bütün dünya Azərbaycan adlı bu diyarın gücünə, qüdrətinə, gözəlliyinə şahid olmalı və tanımalı idi. Dünya liderlərinin həsəd apardığı bu insan parlaq zəkası ilə seçilirdi. Azərbaycan dilini hələ sovetlər dönəmində ana dili kimi konstitusiyada öz əksini tapması məhz ulu öndərin adı ilə bağlıdır, yalnız o bu çətin bir işi bacara bilərdi. Güclü, yenilməz Azərbaycan ordusunun təməlini Cəmşid Naxçıvanski adına hərbi məktəbin təməlinin qoyulması ilə həyata keçirdi uzaqgörən şiyasətçi. Xalqımız, dövlətimiz qarşısındakı xidmətləri saymaqla bitməyən ümummilli liderin irsinin davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan xəritəsi artiq bütövdür, biz artıq demirik ki, ərazimizin iyirmi faizi işğal altındadır, biz artıq demirik ki, Dağlıq Qarabağ. Deyirik: Qarabağ! Deyirik ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə yağı tapdağında olan torpaqlarımızı geri qaytardı. Qürurla, fəxrlə işlədirik bu ifadələri.


    Aqil Ağayev
    Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR