Azadmedia.az - Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə və məzunları üçün növbəti seminar Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri, sahibkar Emin Əliyevin təqdimatında keçirilib.
"Gənclərin inkişafı və karyera perspektivləri" mövzusunda keçirilən seminar tələbələrin marağı ilə qarşılanıb.
Qeyd edək ki, ADAU-nun Təcrübə və Karyera Mərkəzi universitetin tələbə və məzunları üçün mütəmadi olaraq fərdi inkişafın yüksəldilməsi istiqamətində seminarlar həyata keçirir. ƏLİHÜSEYN ŞÜKÜROV