AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası və Paraqvay Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

  • + A
  • - A
  • 11-05-2022, 23:30

    Azərbaycan Respublikası və Paraqvay Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

    Azadmedia.az - Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10 may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib.

    Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.

    Azərbaycan tərəfi Paraqvayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyi ardıcıl və davamlı şəkildə dəstəklədiyini görə təşəkkür ifadə edib.

    Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    10 may 2022-ci il tarixində Paraqvayın paytaxtı Asunsyon şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib.

    Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Paraqvay tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Raul Rikyardi rəhbərlik etdiyi nümayəndə heyətləri siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

    Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR