Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.
“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib.
Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.