Nazirlər Kabineti “Qırmızı kitab”a daxil edilmiş balıqların ovlanmasına görə cərimə məbləğlərində dəyişiklik edib.
AzadMedia.az xəbər verir ki, sözügedən qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Balıq və digər su bioresurslarının ovlanmasına görə cərimələr aşağıdakı kimidir:
“Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri: kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı – 275 manat
Bölgə - 247,5 manat
Nərə, uzunburun, ağ qızılbalıq – 220 manat
Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın – 33 manat
Çəki, karp, qarabel siyənəyi – 22 manat
Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri – 11 manat
Kilkə (1 kq) - 0,55 manat
Kürü (1 kq)
Bölgə, kələmo, nərə, uzunburun – 220 manat
Su onurğasızları
Xərçəng - 1,1 manat
Krevet - 0,55 manat
Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.