AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir

  • + A
  • - A
  • 16-05-2022, 20:03

    Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir

    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
    Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".
    Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri Cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Prezidentlikləri dövründə daha yüksək səviyyəyə qalxıb.Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənəyə səbəb olur. Belə səfərlər iki dost-qardaş ölkənin bütün sahələr üzrə əməkdaşlığını daha da möhkəmləndirir.
    Bu önəmli səfərlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə getməsi oldu. Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edən ölkə liderləri, iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin işıqlı gələcəyini bütün dünyaya bir daha nümayiş etdirdilər. Ümumiyyətlə, 2 ölkə liderlərinin qarşılıqlı səfərlərinin hər zaman yüksək əhval-ruhiyyədə keçməsi, xalqlar arasında sıx bağlılığın bərqərar olmasının göstəricisidir. Prezidentlərin təkbətək görüşü zamanı iki ölkə arasında siyasi, iqtisadi məsələlər, eləcə də regionda Türkiyə-Azərbaycan əməkdaşlığının gələcək perspektivləri barəsində geniş müzakirələr aparıldı. Bu səfər Türk dünyası üçün fərəhləndirici və olduqca qürürlandırıcı bir abu-hava yaratdı.
    Bölgədə sülhün, əminamanlığın simvoluna çevrilən Azərbaycan-Türkiyə münasibətləri, eləcə də dini bir, dili bir olan qardaş xalqların yaxınlaşması iki ölkə arasında sarsılmaz birliyin yaranmasının sübutudur


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR