AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM

  • + A
  • - A
  • 23-05-2022, 21:34

    Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb - SƏRƏNCAM


    Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılır:

    Komissiyanın sədri

    Şahin Mustafayev - Baş nazirin müavini

    Komissiyanın üzvləri

    Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

    Xarici işlər nazirinin müavini

    Daxili işlər nazirinin müavini

    Ekologiya və təbii sərvətlər nazirinin müavini

    Ədliyyə nazirinin müavini

    Kənd təsərrüfatı nazirinin müavini

    Müdafiə nazirinin müavini

    Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

    Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

    Qazax Rayon İcra Hakimiyyətinin başçısı

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

    Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

    Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

    Laçın Rayon İcra Hakimiyyətinin başçısı

    Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

    Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

    Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR