AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan Masallı igidləri” təqvim-plakatı çap edilib - ÖZƏL

  • + A
  • - A
  • 25-05-2022, 19:47

    “İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan Masallı igidləri” təqvim-plakatı çap edilib - ÖZƏL


    “İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan Masallı igidləri” təqvim-plakatı çap edilib.

    44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında, düşmənin sinəsinə çalın-çarpaz dağ çəkib, düşməni tamamilə diz çökdürüb. Vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad ediblər. Qurtuluş savaşında qəhrəmancasına şəhid olanlar, qazi adı qazananlar da oldu.

    Azadmedia.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının daimi diqqəti, qayğısı və təşəbbüsü ilə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir, kitablar nəşr edilir, xatirə abidələri ucaldılır, şərəfinə anım mərasimləri keçirilir.

    Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasınıpn üzvü, Masallı bölgəsi üzrə qazı Ağa Rəşid Talıbovun təşəbbüsü və maliyyə dəstəyi ilə növbəti dəfə və növbəti illər üçün «İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan Masallı igidləri» adlı təqvim — plakat çap edilib paylanmışdır.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Masallı şəhidlərinin adları, soyadları, atalarının adları, doğulduğu və şəhid olduğu günlər qeyd edilmişdir.

    Təqvim-plakat Bakı şəhərində, qalın qabaqda, iri həcmdə, nəfis şəkildə və təbaşirli kağızda çap olunmuşdur.

    ƏLİHÜSEYN ŞÜKÜROV


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR