AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

28 May Respublika günü münasibəti ilə "Masallı Təhsil Fondu" bütün xalqımızı ürəkdən təbrik edir, ölkəmizə sabitlik, əmin-amanlıq arzulayır

  • + A
  • - A
  • 27-05-2022, 11:51

    28 May Respublika günü münasibəti ilə "Masallı Təhsil Fondu" bütün xalqımızı ürəkdən təbrik edir, ölkəmizə sabitlik, əmin-amanlıq arzulayır

    Hər şeydən əvvəl 44 günlük Böyük Vətən Müharibəsində və I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət və qazilərimizə can sağlıqı arzu edirik.

    Ölkəmizin müdrik rəhbəri Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı,qəhrəman ordumuzun rəşadətli qələbəsi xalqımızın zəfər tarixinə yazılmış bir gün kimi həmişə yaddaşlarda qalacaqdır.

    Ölkə Prezidenti cənab İlham Əliyev təhsil sahəsinin inkişafına böyük önəm verir və bildirir ki, "mənim üçün hər şeydən əziz mənim xalqımdır,mənim vətənimdir,mənim torpaqımdır".

    Ölkəmiz dinamik inkişaf yolundadır.Respublikamızda bütün sahələr üzrə yüksəs ixtisaslı mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var.Məs buna görə də,Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan "Masallı Təhsil Fondu" qızların ali məktəblərdə təhsil almaqlarına maddi və mənəvi kömək,aztəminatlı ailələrə göstərilən diqqət və qayğıdır.

    "Masallı Təhsil Fondu" iki illik fəaliyyəti müddətində Masallı şəhər 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində təhsil alan qız məzunlarına ali məktəblərə daxil olmaq üçün hər il 250-300 ədəd müxtəlif adda test kitabları hədiyyə edilmişdir.

    "Masallı Təhsil Fondu" 110 nəfər tələbə qızların təhsil almaqlarına kömək məqsədi ilə onları təhsil haqqları və təqaüdlə təmin etmişdir.Tələbələrin daha yaxşı təhsil almaqları üçün smestr imtahanlarının nəticələrinin 66 bal olması tövsiyyə edilmişdir.Qızlarımızın az bir müddətdə təhsilə göstərdikləri maraq hesabına azyaşlı qızların erkən nigaha girməsinin qarşısı alınmışdır.

    "Masallı Təhsil Fondu"nun əməkdaşlarının gördüyü işlər xüsusi önəm daşıyır.

    Bir daha "Masallı Təhsil Fondu" Respublika günü münasibəti ilə bütün xalqımızı,xeyirxah insanları ürəkdən təbrik edir,xalqımıza firavanlıq arzulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR