AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

8 noyabr Zəfər günüdür!

  • + A
  • - A
  • 4-11-2021, 16:39


    30 ilə yaxın davam edən faşist ermənilərin işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev xalqımıza müraciət edərək 44 günlük Vətən müharibəsində qələbə müjdəsini verməklə Zəfər gününün qızıl hərflərlə yazılmış möhtəşəm gün olduğunu bildirmişdir.

    Torpaqlarımızın azadlığı uğrunda şəhid olan mərd oğullarımıza Allahdan rəhmət diləməklə,onların ailələrinə səbr diləyirik.

    Hörmətli Millət Vəkili Məşhur Məmmədov şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamaqla dərdlərinə şərik olur,onların ailələrinə maddi və mənəvi köməklik göstərir.Həmçinin şəhidlərin adlarına yaradılan bulaqların açılışında iştirak etməklə öz mənəvi borcunu yerinə yetirməyə çalışmışdır.
    Millət Vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi ilə yaradılan "Masallı Qəhrəmanlar Parkı"nın inşası,5 nəfər I və II Qarabağ müharibə qəhrəmanlarının büstlərini və "Dəmir Yumruq" kompleksinin hazırlanması Zəfər günü üçün ən böyük hədiyyədir.

    Zəfər günü Azərbaycan xalqının faşist ermənilər üzərində möhtəşəm qələbəsidir.Bu qələbə Azərbaycan xalqının ən böyük bayramlarından biri olmaqla,ölkəmizin möhtəşəm inkişafına səbəb olmuşdur.

    Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə "Masallı Təhsil Fondu" xalqımızın qələbəsinə hədiyyə olaraq 95 nəfər qızlarımızın ali məktəblərdə təhsil almaqlarına kömək göstərib,onların hər biri ödəniş və təqaüdlə təmin edilmişlər.

    Dünyada hər kəsə öz vətəni əzizdir.Vətən öz igidləri və xeyirxah insanları ilə tanınır.

    I və II Qarabağ müharibəsi uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlblərimizdə yaşayacaqdır.Onlar bizim yenilməz qəhrəmanlıq sinvollarımızdır.Onlar xalqımıza azadlıq bəxş etdilər.

    Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yazıçı jurnalist Nurəddin Ədiloğlunun şəhidlik manifesti kitabının rayonun bütün ümumtəhsil məktəblərinə,idarə və müəssələrinə,kitabxanalara "Masallı Təhsil Fondu"nun əməkdaşları tərəfindən verilməsi Zəfər bayramına əvəzolunmaz hədiyyədir.

    Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir və yaralı qazilərimizə can sağlıqı arzu edirik.

    Allah dövlətimizi qorusun!

    "Masallı Təhsil Fondu":H.Hüseynov




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR