Bu gün Azərbaycan özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan mühüm dövlət sənətlərini əsas götürərək işlər bu istiqamətdə qurulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsillə bağlı bildirmişdir ki, "Əgər Azərbaycan muharibə vəziyyətində olmasaydı büdcədə təhsilin xərcləri birinci yerdə olardı". Artıq 44günlük Vətən muharibəsində xalqımızın qələbəsi ölkəmizin bütün istiqamətlərdə inkişaf mərhələsi hesab edilir.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" qızların təhsili ilə bağlı 70 saylı seçki dairəsinə daxil olan Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin daha yaxşı təhsil almalarına şərait yaratmaqdan ibarətdir. Təhsilin inkişafına kömək məqsədi ilə yaradılan Təhsil Fondu qızların təhsili ilə yanaşı, ölkəmiz üçün ən aktual məsələ olan az yaşlı qızlarin erkən nikahı ilə bağlı məsələni diqqət mərkəzində saxlamaqdı. "Masallı Təhsil Fondu" 1 ildir ki, qızların Ali məktəblərdə təhsil almalarına köməklik göstərir. Onlara ödəniş və təqaüdlərin verilməsini təmin edir. Azyaşlı qızların erkən nikahı ilə bağlı 43 seçki məntəqələrinə daxil olan kəndlərdə valideynlərlə əlaqə yaratmaq məqsədilə "Masallı Təhsil Fondu"nda könüllülərdən ibarət işçi qrupu yaradılmışdır.
Koronavirusun kütləvi yayılmasını nəzərə alaraq Fondun əməkdaşları ayrı-ayrı kəndlərdə könüllü olaraq fəaliyyət göstərən işçi qrupları ilə Onlayn əlaqə saxlayır və valideynlərlə mütamadi söhbətlər aparılır. Bu şəraitdə valideynlərlə görüş çətinlik yaratmasına baxmayaraq Fondun əməkdaşları yerli İH -nın nümayəndələri ilə əlaqə saxlayırlar. Bunun nəticəsi olaraq Fondun 1illik fəaliyyəti dövrü uğurlu olmuş, erkən nigahla bağlı heç bir problem yaranmamışdır. Valideynlərlə aparılan söhbətlərdən belə nəticəyə gəlmək olur ki, artıq qızların təhsili hər şeydən önəmlidir. 2020 /21 ci tədris ilində ali məktəblərə daxil olan abituriyentlər (oğlan, qız) 600 və daha çox nəticə göstərərlərsə, "Masallı Təhsil Fondu" onlara əlavə mükafatların verilməsini nəzərdə tutub.
H. Hüseynov,
"Masallı Təhsil Fondu"nun direktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.