AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

18 Oktyabr Müstəqilliyimizin bərpası günüdür!

  • + A
  • - A
  • 17-10-2021, 15:00


    Masallı şəhər 70-saylı seçki dairəsindən Millət Vəkili seçilmiş Məşhur Şahbaz oğlu Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" erkən nigahın qarşısını almaq məqsədi ilə qızların ali məktəblərdə təhsil almaqlarına kömək üçün öz missiyasını yerinə yetirməyə çalışmışdır.

    Keçən tədris ilində aztəminatlı ailələrin qız övladlarının 40 nəfəri "Masallı Təhsil Fondu" hesabına onların ali məktəblərdə təhsil almaqları ilə bağlı ödəniş və təqaüdlə təmin edilmişlər.Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla,xalqımızın və yenilməz ordumuzun erməni faşistləri üzərində 44 günlük Böyük Vətən Müharibəsində qələbəsi bütün sahələrdə olduğu kimi təhsil sahəsindədə misli görünməmiş inkişafa səbəb olmuşdur.

    2021/2022-ci tədris ilində Dövlət Pedaqoji Universitetlərə daxil olan 45 nəfər tələbə qızların ödəniş və təqaüdləri Fond tərəfindən ödənilmişdir.
    "Masallı Təhsil Fondu" rayonun aztəmantlı ailələrinin valideyinlərinin müraciətlərini nəzərə alaraq onların qız övladlarının Universitetlərdə təhsil almalarını əsas götürərək 10 nəfər tələbələr təqaüdlə təmin edilmişlər.

    "Masallı Təhsil Fondu" ali məktəblərdə təhsil alan tələbələrin daha yaxşı oxumaları üçün smestr imtahanlarında,imtahanların nəticələrinin 61-baldan yüksək olması tövsiyyə edilmişdir.

    15 Oktyabr 2021-ci il tarixə kimi Dövlət Pedaqoji Universitetlərində təhsil alan 95 nəfər tələbələrə "Masallı Təhsil Fondu" tərəfindən ödəniş və təqaüd verilmişdir.

    18 Oktyabr Müstəqilliyimizin bərpası günü münasibətilə Millət Vəkili Məşhur Məmmədovu ürəkdən təbrik edir,təhsilə və xüsusi ilə qızların təhsilinə göstərdiyi qayğıya görə ona can sağlıqı,yorulmaq bilmədən öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsində uğurlar diləyirik.

    Ulu Tanrı xalqımızı və xalqına təmənnasız xidmət edən xeyirxaq insanları qorusun!

    Masallı Təhsil Fondu: H.Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR