AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da tədris-təcrübə təsərrüfatında bir qrup əlaçı magistrlər ilə görüş təşkil olunub - FOTO

  • + A
  • - A
  • 29-05-2022, 00:11

    ADAU-da tədris-təcrübə təsərrüfatında bir qrup əlaçı magistrlər ilə görüş təşkil olunub - FOTO
    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında magistratura təhsil pilləsinin I kursunda təhsil alan bir qrup əlaçı magistr tələbələr ilə görüş keçirilib.

    Azadmedia.az xəbər verir ki, görüşdə Universitetin elmi işləri üzrə prorektoru, dosent Azad İbrahimov, elm şöbəsinin müdiri Elçin Nəsirov, bir qrup professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

    Çıxış edən Azad İbrahimov ölkəmizdə aqrar sahədə ehtiyac duyulan kadr tələbatını ödəmək üçün ADAU-da görülən işlərdən və bu tələbatın ödənilməsi istiqamətində magistraturada təhsil alan tələbələrin öz ixtisasları üzrə bilik və bacarıqlara yiyələnməklərinin çox önəmli olduğunu vurğulayıb.

    Sonra tələbələr müvafiq ixtisaslar üzrə professor-müəllim heyəti ilə birlikdə təsərrüfatda mövcud olan müasir heyvandarlıq kompleksi, ət-kəsim məntəqəsi və laboratoriyası, soyuducu anbarı, əkin sahələri, üzüm və intensiv meyvə bağları və tədqiqat sahələri ilə tanış olublar.

    ƏLİHÜSEYN ŞÜKÜROV








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR