AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüşüb

  • + A
  • - A
  • 1-06-2022, 16:47

    Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüşüb


    İyunun 1-də Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirib.

    Görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həlli ilə bağlı zəruri addımların atılacağı bildirilib.

    Millət vəkili Məşhur Məmmədov ölkəmizin iqtisadi imkanlarından və bu fonda həyata keçirilən güclü sosial siyasətdən bəhs edib: “Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qazanılan iqtisadi uğurlarımız bütün sahələrdə biri-birindən əhəmiyyətli addımların atılmasını şərtləndirir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da dövrün tələblərinə uyğun təkmil islahatların həyata keçirilməsinin nəticəsidir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, regionların malik olduğu potensialdan səmərəli istifadə məqsədilə Dövlət Proqramları icra edilir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasına yol açır. Bütün bu addımların əsasında vətəndaş amili, vətəndaş məmnunluğunun artırılması dayanır. Xalqımız dövlət başçısının irəli sürdüyü hər bir təşəbbüsü dəstəkləyir, atılan hər bir addımda özünə diqqət və qayğının şahidi olur.”

    Görüşdə gündəmə gətirilən məsələlərin bir qismi yerindəcə həll olunub, digər qismi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR