Azadmedia.az - İyunun 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində, Mərkəz əməkdaşlarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbəsinin nümayəndələrinin və Yardımlı rayonunun din xadimlərinin iştirakı ilə "Dövlətdə dinin rolu" adlı görüş keçirilib.
Görüş zamanı dindarlara İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib. O cümlədən Mərkəzin əməkdaşı Aqil Ağayev Ulu Öndər Heydər Əliyevin dinə verdiyi önəmdən bəhs edib. A.Ağayev Ümummilli liderin “İslam insanları geriyə çəkmir, əksinə, irəliyə doğru-inkişaf və yüksəlişə aparır" kəlamını ifadə edib.
Sonda tədbir iştirakçıları sual və təkliflərini bildiriblər.
Ülkər Piriyeva