AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Hünər səhifəsi" adlı tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 9-04-2022, 15:01

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Hünər səhifəsi" adlı tədbir keçirilib - FOTO

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Hünər səhifəsi" adlı tədbir təşkil edilib.

    Azadmedia.az xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunan "Hünər səhifəsi" adlı tədbir təşkil olunub. Tədbir Mərkəzin kollektivinin, GİKM-in əməkdaşı və gənclərin iştirakı ilə baş tutub.

    Əvvəlcə, Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla yad edilib.
    Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı Aqil Ağayev açaraq, Aprel döyüşlərinin tarixi, başvermə səbəbləri, həmçinin bu qısa müddətli müharibədə Azərbaycan əsgərinin göstərdiyi şücaət və qətiyyətdən ətraflı şəkildə danışıb. A. Ağayev həmçinin, general Polad Həşimovun şəhid olduğu İyul döyüşləri və ən nəhayət Azərbaycan dövlətinin qələbəsi ilə sona çatan Vətən müharibəsindən bəhs edib.

    Sonra GİKM-in əməkdaşı Səfail İbişli mövzu ilə bağlı fikirlərini ifadə edib. O, həmçinin qeyd edib ki, ardıcıllıqla baş verən bu müharibələr Azərbaycan gəncliyinin vətənpərvərliyinin təcəssümüdür.
    Sonda Aprel döyüşlərinə həsr olunmuş sənədli film izlənilib.

    ƏLİHÜSEYN ŞÜKÜROV






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR