AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Unudulmayan soyqrım" adlı tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 31-03-2022, 15:17

    Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Unudulmayan soyqrım" adlı tədbir keçirilib - FOTO
    Yardımlı rayon Heydər Əliyev Mərkəzində 31 mart-azərbaycanlıların soyqrım günü ilə əlaqədar növbəti tədbir təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Martın 31-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 31 mart soyqrım günü ilə əlaqədar rayon sakinlərinin iştirakı ilə "Unudulmayan soyqrım" adlı tədbir baş tutub.

    Soyqrım qurbanlarının və canını vətən uğrunda fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edildikdən sonra Mərkəzin əməkdaşı Aqil Ağayev faciə barədə geniş məruzə ilə çıxış edib. A.Ağayev ermənilər və onların havadarlarının Bakı şəhəri daxil olmaqla bir çox bölgələrimizdə - Şamaxı, Quba, Lənkəran, Salyan və digər ərazilərdə törədilən bu qətliam zamanı insanlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

    Qeyd edək ki, tədbirin sonunda faciəni əks etdirən videoçarxa və "Unudulmayan soyqrım-1918!" adlı sərgiyə baxış olub.






    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR